Cənubi Afrikada hökm sürən pis hava son iki gündə 49 nəfərin həyatına son qoyub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ölkənin ən çox zərər çəkmiş Şərqi Ceyp əyalətinin hökumət başçısı Lubabalo Oskar Mabuyane bildirib.
“İyunun 11-də günorta saatlarına olan məlumata görə, Şərqi Keyp əyalətində ölənlərin sayı 49 nəfər olub”, – o, mətbuat konfransında bildirib.
Mabuyane bildirib ki, ölümlərin əsas səbəbləri güclü yağışlar nəticəsində yaranan sürüşmə, eləcə də yollara qar yağması olub. Ölkənin bir sıra magistral yolları qar uçqunu səbəbindən bağlanıb. İndiyədək Cənubi Afrikanın cənub və şərq bölgələri ən çox zərər çəkib.
Xatırladaq ki, iyunun 11-də səhər saatlarında respublika prezidenti Siril Ramafosa ölkə vətəndaşlarını yaranmış çətin hava şəraitində bir-birinə kömək etməyə çağırıb.
İyunun 9-da Cənubi Afrikaya soyuq hava gəlib. Bəzi bölgələrdə gecə temperaturu sıfırdan aşağı düşüb. Sinoptiklər xəbərdarlıq edir ki, Cənubi Afrikaya gələn qış cari onilliyin ən sərt qışlarından birinə çevrilmək təhlükəsi yaradır.