Türkiyənin “TRT 1” kanalında efirə çıxan “Mehmed: Fetihlər Sultanı” serialının sezon finalında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının mahnısı səsləndirilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, ifaçının “Salam, dar ağacı” adlı mahnısı Çandarlı Halil Paşanın edam olunduğu səhnədə səsləndirilib.
Qeyd edək ki, mahnının sözləri azərbaycanlı şair Rüstəm Behrudiyə məxsusdur.
Xatırladaq ki, Çandarlı Halil Paşa obrazını türkiyəli aktyor Selim Bayraktar canlandırır.