Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Müəllimlər İnstitutunda yeni monoqrafiyanın təqdimatı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyevin “Yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsinin aktual məsələləri” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbirdə institutun rektoru Azad Novruzov bildirib ki, yüksək mənəvi keyfiyyətlərə malik, milli dəyərlərə sadiq, vətənpərvər ruhda gənclərin yetişməsində mənəvi tərbiyənin rolu böyükdür. Bu baxımdan Rövşən Vəliyevin “Yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsinin aktual məsələləri” kitabı həm ümumtəhsil məktəblərinin, həm ali təhsil müəssisələrinin müəllimləri, həm də şagirdlər üçün mühüm əhəmiyyətə malik bir vəsaitdir. Rektor yeniyetmələrin mənəvi tərbiyəsi baxımından kitabı yüksək qiymətləndirib və bu münasibətlə müəllifi təbrik edib.

İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev monoqrafiyanın sinifdənxaric işlərin aparılması üçün əhəmiyyətini vurğulayıb.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıllı Əliyeva mənəvi tərbiyənin ideya qaynaqları və milli müstəqillik prinsipləri barədə çıxış edib, kitabdakı bu məziyyətləri diqqətə çatdırıb.

Kitabın müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev kitabın ümumi məzmunu barədə məlumat verib, təqdimatın təşkilinə görə minnədarlıq edib.

admin

Related Posts