Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyə PA: “Qarabağ zəfəri türk dünyasının nüfuzunu daha da artırıb”

“Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini qeyd edirik”.

Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

O bildirib ki, bütün türk dünyası Azərbaycanın mübarizə səsi olacaq: “Beynəlxalq aləmdə Azərbaycanın zəfərini hər il qeyd etməsi üçün əlimizdən gələni edəcəyik. Birliyimizi daha da gücləndirəcəyik. Bir daha deyirəm, Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmünü unutmayıb və unutmayacaq. Qarabağ Azərbaycanın öz torpağıdır”.

F. Altun söyləyib ki, Qarabağ zəfəri türk dünyasının nüfuzunu daha da artırıb.

admin

Related Posts