Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Türkiyə mediası 8 Noyabr-Zəfər Günü ilə bağlı Şuşada keçirilən tədbirə geniş yer ayırıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etmələri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Dövlətimizin başçısının söylədiyi “Şuşa Azərbaycan xalqının ürəyidir” kəlamı qardaş ölkə mətbuatında manşetlərə çıxarılıb.

Qardaş ölkə mətbuatı, eyni zamanda, 8 Noyabr-Zəfər Günü, 9 Noyabr-Dövlət Bayrağı Günü, Vətən müharibəsinin ikinci ildönümü münasibətilə də əhatəli informasiyalar yayıblar. Gündəlik xəbərlərdə Bakıda və Şuşada keçirilən möhtəşəm bayram atəşfəşanlıqlara, Azərbaycan Ordusunun parlaq qələbəsinin növbəti ildönümünün böyük coşqu ilə qeyd olunmasına geniş yer ayrılıb.

Anadolu Agentliyi və “TRT Haber” telekanalları mövzu ilə bağlı xüsusi reportajlar hazırlayıb.

Bu informasiyalarla Anadolu və İHA agentlikləri, “TRT Haber”, “TGRT”, “NTV”, “TRT AVAZ” telekanalları, “Hurriyet”, “Yeni şafak” və digər qəzetlər, habelə TRT-nin müxtəlif quruluşlarının rəsmi saytlarında tanış olmaq mümkündür.

admin

Related Posts