Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İlham Əliyev Qarabağda nələr baş verəcəyini elan etdi – detallar, ilginc mesajlar…

İlham Əliyev Qarabağda nələr baş verəcəyini elan etdi – detallar, ilginc mesajlar…

Əliyevin Şuşadakı çıxışında Qarabağla bağlı üç gözlənti ön plana çıxır. Birincisi odur ki, Bakı sülhməramlıların qalması üçün müraciət etməyəcək.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı prezidentin Şuşa səfəri zamanı çıxışını şərh edərkən deyib.

“Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər” deyə, ekspert bildirib. Onun sözlrinə görə, Əliyev burada iki mesaj verir:

“Ermənistana sülhməramlıların 5 ildən sonra çıxacağını və buna uyğun davranmağı tövsiyə edir. Sülhməramlılar 5 ildən sonra (2025-ci il) çıxarılacaq: proseslərin inkişafının bu məsələyə təsiri olacağı istisna deyil, lakin Bakı artıq indidən “sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyinin” anonsunu verir.

Bunun sülhməramlıların müddətinin uzadılması məsələsinin müzakirə edildiyi Soçi görüşündən sonra dilə gətirilməsi də diqqətçəkən məqamdır. Əliyev Putin və Paşinyanın bu istəyini yaxın buraxmadı və eyni mövqeyi yenidən təkrarlayır”.

A. Nərimanlı bildirib ki, Qarabağda erməni silahlı dəstələrinə qarşı praktiki addımlar atıla bilər:

“Əliyev erməni qoşunların tam çıxarılmasını tələb edir və anti-terror əməliyyatının ola biləcəyinin mesajını verir, “Fərrux”, “Qisas” əməliyyatlarını da buna nümunə olaraq göstərir.

Bu mesajı əvvəlkilərdən fərqləndirən məqam son baş verənlərdir: Xankəndindəki təxribat mitinqi, Laçın dəhlizi ilə silahın daşınması faktının gündəmə gəlməsi, orduya separatçıların hərəkətinin izlənilməsi tapşırığı fonunda Əliyevin dedikləri praktiki addımların atılması gözləntisini artırır”.

Ekspert bildirib ki, Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər. Bakı Ermənistanın Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini yerinə yetirməməsinə qarşı Qarabağdakı emənilərin istifadə etdiyi Laçın yolunun “toxunulmazlığının” pozulacağına işarə edir:

“Soçi görüşündən sonra dəhlizdən silah-sursatın daşınması faktının ortaya çıxması da bu istiqamətdə əsaslar yaradır.

Əliyevin fikirlərindən çıxan ümumi nəticə: qarşıdakı dövrdə Azərbaycan ordusunun proseslərə müdaxiləsi mümkündür”.

Editor

Related Posts