Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Stratfor”: “Azərbaycan-Ermənistan sərhədində eskalasiya riski var”

“Stratfor”: “Azərbaycan-Ermənistan sərhədində eskalasiya riski var”

“Azərbaycan-Ermənistan sərhədində və ya Azərbaycanın Qarabağ bölgəsində eskalasiya riski var. Bakı ilə İrəvan arasında danışıqlar dalana dirəndikdən sonra vəziyyət gərginləşə bilər”.

Bu barədə ABŞ-nin xüsusi kəşfiyyat-analitik şirkəti “Stratfor”un ekspertləri bildiriblər.

Onların qiymətləndirməsinə görə, yeni eskalasiya dalğası bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyişin olması ehtimalını azaldacaq.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi noyabr ayı ərzində dəfələrlə öz mövqelərinin sərhəddə Ermənistan silahlı qüvvələri tərəfindən, habelə Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni qanunsuz silahlı birləşmələri tərəfindən atəşə tutulduğu barədə məlumatlar yayıb.

“Stratfor” Amerikanın özəl kəşfiyyat və analitik şirkətidir, bəzən “Mərkəzi Kəfiyyat İdarəsinin kölgəsi” adlandırılır. Şirkət dünyada baş verən hadisələr haqqında məlumat toplayır və təhlil edir.

Editor

Related Posts