Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranda öldürülən etirazçıların sayı açıqlandı

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi noyabrın 30-u səhər saatlarına olan məlumatında hökumət qüvvələri tərəfindən qətlə yetirilən etirazçıların sayını açıqlayıb.

İran İnsan Haqları Təşkilatının bu gün, noyabrın 30-da yaydığı məlumatda 17 sentyabr-29 noyabr tarixlərində İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 455 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı, məlumatda 18185 nəfərin saxlanıldığı, onlardan 3418-ün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 576 nəfərinin öyrənci olduğu qeyd edilib.

Habelə bu müddət ərzində 157 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin tələbələri etirazlara dəstək veriblər.

admin

Related Posts