Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranda etnik ərəb fəal qadının şübhəli ölümü

İrandakı etirazların fəal iştirakçılarından olan Atefe Nəaminin cansız bədəni Kərəc şəhərindəki mənzilində tapılıb.

Onun meyiti evinin eyvanında, ağzının yanında qaz klapanına şlanq bağlanmış adyalın altında tapılıb.

Atefenin ölümünün necə baş verməsi ilə bağlı məhkəmə ekspertizası hələlik dəqiq məlumat verməyib. Amma onun qardaşı deyir ki, bu ölüm səhnələşdirilib və Atefe ümumiyyətlə nə intihar etmək barədə düşünmürdü, nə də etirazlara fəal qoşulduğu bu günlər onun üçün intihar etmək vaxtı deyildi.

Nəaminin ailəsi bildirir ki, hökumət qüvvələri Atefeni həbs edib basqılara məruz qaldıqdan sonra öldürərək guya intihar etdiyi görüntüsünü yaratmaq üçün 7 gün ərzində cansız bədənini evində qoyub gediblər.

admin

Related Posts