Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezidentin vəzifə verdiyi Zaur Fəti-zadə mərhum nazir müavininin qardaşı oğludur

Prezidentin vəzifə verdiyi Zaur Fəti-zadə mərhum nazir müavininin qardaşı oğludur

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sərəncamı ilə Zaur İntiqam oğlu Fəti-zadə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə sədri təyin edilib. 

Zaur Fəti-zadə Vergilər Xidmətində Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 

O, bu vəzifədən əvvəl ləğv edilən Vergilər Nazirliyində nazirin müşaviri, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru vəzifələrini tutub.

Zaur Fəti-zadə vergi general rütübəsini daşıyır.

Ölkə başçısı tərəfindən 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə və digər xüsusi mükafatlara layiq görülüb. 

Qeyd edək ki, Zaur Fəti-zadə 14 aprel 2022-ci ildə vəfat  edən maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadənin qardaşı oğludur.

Editor

Related Posts