Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrailin Orta Asiyaya marağı artır – Hədəfdə İran var…

İsrailin Orta Asiyaya marağı artır – Hədəfdə İran var…

Son iki həftə ərzində İsrail Xarici İşlər Nazirliyi İranla qonşu olan Mərkəzi Asiya ölkələrindən 2 nümayəndə heyətini qəbul edib…

Bu barədə İsrailin Ynet xəbər portalı məlumat verib.

Portal bunu görünməmiş bir hadisə kimi dəyərləndirib və bildirir ki, keçmiş SSRİ-nin 5 respublikasından olan nümayəndə heyətləri eyni vaxtda İsrailə səfər ediblər.

Son iki həftə ərzində Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanın nümayəndələri ilə iki nümayəndə heyəti İsrailə səfər edib. Nümayəndə heyətlərindən biri hələ də İsraildədir və dekabrın 21-də onlar Məbəd dağını ziyarət ediblər.

Ynet-in köşə yazarı İtamar Eichnerin sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyi İranı əhatə edən dövlətlərlə əlaqələrə xüsusi önəm verir. Keçmiş SSRİ respublikalarına xüsusi diqqət yetirilir. İsrailə gələn nümayəndə heyətlərinin tərkibinə məhz İranın şimal-şərqindən olan ölkələrin sakinləri daxil idi.

Birinci nümayəndə heyətinə Mərkəzi Asiyanın beş dövlətindən gənc liderlər və tanınmış bloggerlər daxil olub. İkincisi nümayaəndə heyəti isə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə Komissiyası ilə əməkdaşlıq çərçivəsində İsrailə səfər edib. Bu nümayəndə heyətinə narkotiklərin yayılmasına qarşı mübarizə və dövlətlərin suveren sərhədlərinin mühafizəsi ilə məşğul olan 25 yüksək vəzifəli məmur daxil olub. Səfərdə məqsəd İsraillə bu sahədə təcrübə mübadiləsi aparmaqdır.

Editor

Related Posts