Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Bu gün Faiq Ağayev 51 yaşını qeyd edir 

Bu gün Faiq Ağayev 51 yaşını qeyd edir 

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Faiq Balağa oğlu Ağayevin ad günüdür.

O, 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

F.Ağayev universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.


Bundan sonra onun peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.

1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxır. 1998-ci ildə Faiq Ağayev üç gün davam edən “10 il Sizinlə” solo konsertinə görə “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanıb.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı verilir.

2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.

2012-ci ilin 27–30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı “VİDA” solo konsertləri keçib. Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

Editor

Related Posts