Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

MDB ölkələrinin qeyri-rəsmi görüşü

MDB ölkələrinin qeyri-rəsmi görüşü

26 dekabrda Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutdu. Görüşdə iqtisadiyyat, logistika, texnologiya və təhlükəsizlik məsələləri müzakirə edildi.

MDB ölkələri ilə iqtisadi əlaqələrin dərinləşməsi hazırda Rusiya üçün prioritet vəzifələrdən biridir. 2021-ci il ildə Rusiyanın xarici ticarət dövriyyəsinin 51%-i “qeyri-dost ölkələrin” payına düşürdü. Ukrayna müharibəsi bu “qrupla” iqtisadi əlaqələrin minimuma enməsinə gətirib, Çin, Hindistan, Türkiyə və MDB ölkələri ilə əlaqələrin əhəmiyyətini artırdı. MDB ölkələri ilə münasibətlərin dərinləşdirilməsi həm də geosiyasi baxımdan Rusiya üçün vacibdir. Qarşılıqlı iqtisadi asılılıq MDB ölkələrinin Qərbin təsirinə düşüb, Rusiya əleyhinə sanksiyalara qoşulma şanslarını minimuma endirir.

Geosiyasi zərurətin effektiv icrasına Rusiyanın monetar siyasəti mane olur. Rublun ucuzlaşmasını qabaqlamaq üçün Mərkəzi Bank düşünülmüş tədbirlər görüb, milli valyutanı həddindən artıq gücləndirdi. Bu inflyasiyanın nəzarətə alınmasına kömək etsə də, Rusiyanın MDB ölkələri ilə iqtisadi münasibətlərinə mənfi təsir göstərdi. Güclü rubl Rusiya istehsallı məhsulların MDB ölkələrində rəqabət imkanlarını zəiflədir, axırıncılarda isə inflyasiya göstəricilərini artırır.

Səhv siyasət + Qərbin sanksiyaları Rusiyanın texnoloji imkanlarını da çox məhdudlaşdırdı. Müharibə texnoloji şirkətlərin və mütəxəssislərin MDB ölkələrinə (başlıca olaraq Qazaxıstana) miqrasiyasına səbəb oldu. Qazaxıstan qabaqcıl texnologiya şirkətlərinin fəaliyyəti üçün münaqişədən xeyli əvvəl lazımı mühit yaratmışdır. Avqustda Ukraynanın “Treeum” İT şirkəti və ümumi kapitallaşması $27 mlrd. çox olan bir neçə beynəlxalq texnologiya nəhəngi tamamilə və ya qismən Qazaxıstan yurisdiksiyasına keçdi. Adı çəkilən şirkətlərdən başqa İnDriver, Type Type, Level Travel, Red Mad Robot, MNG Partners də qismən Qazaxıstana dislokasiya olundu. Təsadüfi deyildir ki, MDB liderlərinin qeyri-rəsmi görüşündə Putin idxalın əvəzlənməsinə və texnoloji suverenliyin, müstəqilliyin təmin edilməsinə yönəlmiş əlaqələndirilmiş tədbirlərin əhəmiyyətindən danışdı.

Rusiyanın Ukrayna və digər xarici siyasət cəbhələrində buraxdığı səhvlər ona gətirib çıxardıb ki, MDB Rusiyanın postsovet məkanında mövcudluğunu təmin edən yeganə birlikdir. Postsovet məkanında mövcud heç bir digər təşkilat, istər KTMT, istərsə də Aİİ olsun miqyas baxımından MDB ilə müqayisə oluna bilməz. Bununla belə, Rusiyanın buraxdığı siyasi səhvlər hətta bu təşkilatlarda da gözlə görünə bilən çatlara səbəb olub. Ermənistanın son KTMT sammitinin yekun sənədini imzalamaqdan imtina etməsi, Tacikistan və Qırğızıstanın Rusiyadan narazılığı KTMT daxilində çatlardan, Gürcüstan və Ukraynanın isə MDB-dən çıxması bu təşkilatda mövcud çatlardan xəbər verir. Moldova MDB üzvü olsa da, ölkə prezidenti Birliyin heç bir görüşündə iştirak etmir.

Putin çıxışında təhlükəsizlik məsələlərinə də toxundu. Onun sözlərinə görə Birliyə üzv olan dövlətlər arasında fikir ayrılıqları olsa da əsas məsələ problemləri “özümüz, birlikdə, birgə, bir-birimizə yoldaş və vasitəçilik yardımı” göstərərək həll etməkdir. Rusiyanın destruktiv Cənubi Qafqaz siyasəti Ermənistan və Azərbaycanın Rusiya sülhməramlıları ilə bağlı narazılıqlarına səbəb olur. İrəvan onun ümidlərini doğrultmayan Moskvadan uzaqlaşmağa can atır, Moskva isə iki ölkəni birləşdirən bağları daha da möhkəmləndirməyə çalışır. Ermənistan xarici işlər nazirinin Lavrov-Bayramov görüşündən imtina etməsi, Azərbaycan prezidentinin isə MDB ölkələrinin qeyri-rəsmi görüşündə Putin və Paşinyanla ayaqüstü qısa danışıqlar aparması Rusiyanın uğursuz Cənubi Qafqaz siyasətinin bariz göstəricisidir.

Editor

Related Posts