Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bayram görüşü olub

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, həmçinin Ordubad şəhər tam orta internat məktəbində tədbirlər keçirilib, bayram sovqatları təqdim olunub.

Bayram tədbirlərində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Vüsal Süleymanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbirlərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da iştirak edib.

Uşaqlar üçün Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qrupunun çıxışları nümayiş etdirilib.

Şaxta baba və Qar qızın gəlişi, onların gətirdiyi hədiyyələr isə uşaqlar tərəfindən sevinclə qarşılanıb.

admin

Related Posts