Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ordubadda şəhid ailələri ziyarət olunub

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ordubad rayonu ərazisində yaşayan şəhid ailələri ziyarət olunub.

Ordubad rayon ictimaiyyətinin nümayəndələri, eləcə də gənclər şəhidlər İntiqam Allahverdiyev, Saday Məmmədəliyev, Namiq Xəlilli, Ülvi Hüseynov, Rufiz Budaqov və Tural Haşımlının ailə üzvlərini ziyarət ediblər.

Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Şəhidlərin fotolarından və şəxsi əşyalarından ibarət xatirə guşələrinə baxış keçirilib, onların döyüş yolu xatırlanıb. Vətən müharibəsində Qələbənin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı, şəhidlərin qanı, canı bahasına əldə edildiyi vurğulanıb, şəhid ailələrinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu bildirilib.

Görüş iştirakçıları şəhidləmizin məzarlarını da ziyarət ediblər.

admin

Related Posts