Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Abşeronda dəhşətli qətl hadisəsi olub

Abşeronda dəhşətli qətl hadisəsi olub

Hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayevanı atası Nazim Əliyev qətlə yetirib.

Sentyabrın 1-də yaşadığı kənddən qaçan A.Abdullayeva atasının bacısı oğlu (bibisi oğlu) ilə evli imiş və onların bir övladı var. Bildirilir ki, A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir və vaxtaşırı rayona ailəsinin yanına gedirmiş. A.Abdullayeva isə həyat yoldaşının evdə olmadığı vaxt yaşadığı kəndi tərk edərək tanışının yanına qaçıb.

Bundan sonra Nazim Əliyev qızının axtarışına çıxıb və onu Abşeron rayonu ərazisində taparaq qətlə yetirib. Hadisədən sonra o, taksi ilə Ağsu rayonuna qayıdıb və orada polisə təslim olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts