Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aşura inqilabı

Aşura inqilabı

İnsan kamilləşmək və sonunda öz əsil vətəni olan mələkut aləminə qovuşmaq üçün yaranıb. Yəni insan dünyada əbədi qalmaq, dünyadan bacardıqca ləzzət almaq, ötəri nəfsani istəklərinə çatmaq üçün və s. ötəri məqsədlər üçün deyil, mənən ucalmaq və Allaha qovuşmaq üçün yaranıb. Bu məna hamıya bəllidir ki, insan təfəkkürü və insan dühası, bü dünyadan böyük və genişdir.

Amma bu məqsədə çatmaq üçün nə etməli? Bu tale yüklü sualı İslam dini lazımi dərəcədə cavablandırmış və bəşəriyyətə qiyamətə qədər bəs edəcək bir həyat və kamillik proqramı təqdim etmişdir. Bu mübarək din təkcə proqramla kifayətlənməmiş, həmin proqrama necə əməl olunmasını anlatmaq üçün nümunəvi şəxslər seçərək insanlığa örnək göstərmişdir. Bütün peyğəmbər və imamlar həmin ilahi proqramının təlimatçıları və örnəkləridir.

Bu İlahi qüdrətlərdən biri də imam Hüseyndir (ə). İmam Hüseyn(ə) İlahi əzəməti ilə, Qurani-şərifin müqəddəsliyini qorumaq üçün həm özünü, həm də bütün yaxınlarını fəda etdi. İmam Hüseynin (ə) bu fədakarlığını dərk etmək üçün bütün ənbiya və övliyanı tanımaq lazımdır. İmam Hüseyni (ə) ziyarət edərkən deyirik: Salam olsun Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın, Məhəmmədin (s), ümumiyyətlə bütün ənbiya və övliyanın varisinə.

Bu nə deməkdir? Yəni Hüseyn (ə) yəni Adəm, Hüseyn yəni Nuh, yəni Musa və s. Yəni Hüseyn (ə) öz məqsəd və hədəfinə bütün peyğəmbərlərlə həmfikirdir. İmamın kəlamlarından birində deyilir: Mənim kimisi Yezid kimisinə beyət etməz. Yəni Hüseynin: İbrahimin Nəmruda, Musa Firona, Məhəmməd (s) Əbu Süfyana beyət etmədiyi kimi mən də Yezidə beyət etmərəm deməsi özündən sonra gələnlərə də anlatdı ki, mənim kimisi Yezid kimisinə beyət etməməlidir. İmam anlatdı ki, müasir dövrdə bəşərin İlahi inkişafına mane olan həşəratlar, yezidlər, ömər sədlər, ibn ziyadlar, şimrlər və başqalırıdır. İmam görürdü ki, özünü peyğəmbər xəlifəsi kimi təqdim edən, sonrakı həyatın nə olduğunu dərk etməyən bədbəxt və şüursuz bir məxluqdur.

Editor

Related Posts