Məşhur cütlük Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılla bağlı yeni iddialar ortaya çıxıb.
Birinci 24 xəbər verir ki, Ülviyyə Xəlilbəyli “Instagram” hesabında keçirdiyi sual-cavablarda maraqlı izləyicilərinin qəzəbi ilə qarşılanıb. Buna səbəb izləyicilərin ona “boşanmısız, yoxsa bu da bir oyundur?” deməsi olub.
Xəlilbəyli isə sərt və ironiya ilə ona sual ünvanlayara cavab verib. “Bəlkə gündəmdə qalmaq üçün həyat yoldaşınızla belə oyunlar qurmusuz?” sualına Ülviyyə “Startda dayanmısınız? İcazə verirəm yaxınlaşa bilərsiniz” cavabını verib.
Qeyd edək ki, aktyor cütlüyün boşanması xəbəri bir müddətdir ki, sosial şəbəkələrdə yayılıb.


