“İranda baş verən bu hadisə terror aktıdır. Azərbaycan İran münasibətləri onsuz da gərgin idi. Bu məsələ gərginliyi daha da artıracaq. Yaxın prespektivdə İran tərəfi gərginliyin aradan qaldırılması üçün xeyli iş görməlidir”.
Bu sözləri politoloq Sədrəddin Soltan bildirib.
Onun sözlərinə görə ilk növbədə Azərbaycan səfirliyinin təhlükəsizliyinin qorunmasına İran tərəfi təminat verməlidir.
“Hadisələr göstərir ki, İran hakimiyyəti Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməyib və buna laqeyd yanaşıb. Bu İranın Azərbaycana münasibətinə danışıqlara və məsələlərə yanaşmasının göstəricisidir. Tehran polisinin verdiyi açıqlama diqqəti hadisənin motivindən yayındırmağa cəhddir. Əli avtomatlı şəxs səfirliyə hücum edir”.
O həmçinin qeyd edib ki, bu hadisənin qarşısı alınmasa idi, böyük ehtimalla səfirliyin bütün əməkdaşları terrorun qurbanı olacaqdı.
“Belə bir hadisə baş verir və səfirliyin qarşısında olan polis əli silahlı binaya daxil olan şəxsin qarşısını almağa cəhd göstərmir. Bu onu göstərir ki, İran təhlükəsizlik məsələlərinə ciddi yanaşmayıb. Nəticədə bu hadisə baş verib. Hətta ehtimal olunur ki, bu hadisəni İran İnqilab Keşişçiləri qvardiyası yəni, SEPAH təşkil edib. Şübhəli şəxs qismində saxlanılan Yasin Hüseynzadənin bu təşkilatla əlaqəsi olub”.