Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb – YENİLƏNİB + FOTO

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb – YENİLƏNİB + FOTO

Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.

***

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.

Bakupost.az xəbər verir ki, bununla bağlı dünən Neftçala rayonunda da əməliyyat keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.

Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, dünən İranın casus şəbəkəsinə qarşı DİN tərəfindən keçirilən əməliyyatlarda yeddi nəfər saxlanılıb.

Editor

Related Posts