Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Məktəblərdə pul yığımı ilə bağlı valideyin şikayəti olmalıdır ki, qarşısını ala bilək” – Nazir

“Məktəblərdə pul yığımı ilə bağlı valideyin şikayəti olmalıdır ki, qarşısını ala bilək” – Nazir

Elm və təhsil naziri Emin Əmrullayev “8 Mart” ərəfəsində məktəblərdə müəllimlər üçün hədiyyələrin yığılması ilə bağlı sualı cavablandırıb. 

Mövzu ilə bağlı nazir bu gün keçirdiyi brifinqdə danışıb.

O qeyd edib ki, 8 Mart tarixində müəllimlərə pul yığılıb verilməsi pedaqoji dəyərlərimizə uyğun deyil: “Təəssüf ki, belə davranışlara yol verilir. Bir çox hallarda bunun təşəbbüskarı müəllimlər deyil, valideyn qrupları olur. Bu, davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb müəllimə rüşvət formasında hədiyyə etməkdən imtina etməlidir. 

Müəllimləri xoş sözlərlə, maddi dəyəri böyük olmayan, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar. Müəllimləri bu cür təbrik etməkdə pis heç nə yoxdur. Nazirliyin qaynar xətti fəaliyyət göstərir. Hansısa xoşagəlmız hallar olarsa, həmin qaynar xəttə müraciət etsinlər”.

Editor

Related Posts