Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universitetində kitab təqdimatı keçirilib

“Naxçıvan” Universitetində kitab təqdimatı keçirilib

“Naxçıvan” Universitetində iqtisad üzrə elmlər doktoru, professor Mehdi Bağırovun “Makroiqtisadi tarazlıq: problemlər, qiymətləndirmə və təhlil fəaliyyəti” adlı kitabının təqdimatı keçirilib.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kitabın təqdimatında universitetin professor- müəllim heyəti, tələbələr və magistrantlar iştirak ediblər.

Tədbirin açılışında kitabın mövzusunun aktuallığından söz açan universitetin rektoru, dosent Anar Kazımov son dövrdə ölkəmizdə iqtisadi sahədə yaxşı nəticələr əldə edildiyini, dövlət tərəfindən sistemli və kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Bu baxımdan kitabın mühüm elmi-nəzəri, tədris-metodiki və praktik əhəmiyyət kəsb etdiyini qeyd edən rektor dərsliyin tələbə və müəllimlər üçün faydalı olacağını vurğulayıb.

Digər çıxış edənlər də kitab barədə fikirlərini bölüşüblər. Bildirilib ki, 15 mövzunu ehtiva edən dərs vəsaiti ümumi iqtisadi müstəvidə aktual məsələlərdən sayılan makroiqtisadi tarazlığın təmin olunmasından bəhs edir.

Tədbirin sonunda müəllif göstərilən diqqətə görə minnətdarlıq edib.

Qeyd edək ki, bu, müəllifin sayca 37-ci kitabıdır.

admin

Related Posts