Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukrayna Ali radasının sədr müavini: “Azərbaycandan 20 min ukraynalı uşağın öz evinə qayıtması üçün kömək etməsini xahiş edirəm”

Ukrayna Ali radasının sədr müavini: “Azərbaycandan 20 min ukraynalı uşağın öz evinə qayıtması üçün kömək etməsini xahiş edirəm”

“Azərbaycan və Ukrayna eyni talehi yaşayıb”.

Bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.

“Rusiya ilə Ukrayna arasında müharibə başlayandan indiyədək 20 min ukraynalı uşaq Rusiyaya aparılıb. Rusiyanın törətdiyi bu cinayət sənədləşdirilib. Bununla bağlı beynəlxalq cinayət məhkəməsi tərəfindən cinayətkarların həbsinə order verilib”.

“Mən Azərbaycandan bütün ukraynalı uşaqların evlərinə qaytarılmasında bizə kömək etməsini xahiş edirəm” – deyə, sədr müavini əlavə edib:

“Azərbaycanın öz torpaqlarını azad etdiyi kimi Ukraynada da öz torpaqlarını işğaldan azad edəcək. Ukraynaya humanitar yardım etdiyinə görə Azərbaycana təşəkkür edirəm. Ukrayna Ordusunda Rusiyaya qarşı döyüşən azərbaycanlılara minnətdaram”.

Editor

Related Posts