Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türk əsgərləri şəhid oldu – Şırnakda qarşıdurma

Türk əsgərləri şəhid oldu – Şırnakda qarşıdurma

Türkiyədə terrorçularla atışmada daha bir hərbçi şəhid olub.

Beləliklə, şəhid olan hərbçilərin sayı 3-ə çatıb.

***13:49

Şırnak vilayətinin Bestler Dərələr bölgəsində türk əsgərləri ilə terrorçular arasında atışma olub.

Birinci 24 TRT-yə istinadla xəbər verir ki, nəticədə 2 əsgər şəhid olub, 1 əsgər və 1 mühafizəçi ağır yaralanıb.

Qeyd olunub ki, ötən gün Şırnakın Bestler Dərələr bölgəsində həyata keçirilən hərbi əməliyyatla PKK terror təşkilatının 1 üzvü zərərsizləşdirilib.

Davam edən əməliyyat çərçivəsində bu gün ərazidə aparılan axtarışlar zamanı mağarada qapalı şəraitdə qalan bir qrup terrorçu ilə atışma olub.

Bu zaman daha iki terrorçu zərərsizləşdirilib.

Əməliyyatda, həmçinin 2 Jandarma əməkdaşı şəhid olub, 1 mühafizəçi və 1 Jandarma əməkdaşı ağır yaralanıb.

Editor

Related Posts