Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hərbçilər Qabonun yeni başçısını seçdi

Hərbçilər Qabonun yeni başçısını seçdi

Qabonda hakimiyyəti ələ keçirən hərbçilər Qabon Respublika Qvardiyasının komandanı Bris Oliqi Nguemanı keçid dövrü üçün dövlət başçısı təyin edib.

Bu elan Qabonun milli televiziyasında hərbi üsyançılardan biri tərəfindən oxunub.

Qeyd edək ki, avqustun 30-da səhər Qabonda bir qrup yüksək rütbəli zabit ölkənin əsas televiziya kanalında prezident seçkilərinin nəticələrinin ləğvi və hakimiyyət institutlarının ləğvi ilə bağlı bəyanatla çıxış edib. Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və ölkənin Müdafiə Nazirliyini və Silahlı Qüvvələrini təmsil etdiklərini bəyan ediblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.

Editor

Related Posts