Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Qazi: “Bu medallarla borclulardan qaçıb gizlənirəm” – Video

Qazi: “Bu medallarla borclulardan qaçıb gizlənirəm” – Video

Sentyabrın 26-da 2-ci Qarabağ müharibəsinin döyüşçüsü, Babək Mürsəlov Milli Məclisin önündə etiraz edib. Buna səbəb onun 2 ildir ki, əlillik təqaüdünü ala bilməməsidir.  

Babək Mürsəlov buna etiraz olaraq aclıq aksiyasına başladığını bildirib. 

II Qarabağ müharibəsi veteranı Babək Mürsəlov yaralanıb  iş qabiliyyətini itirdiyinə və əlillik təqaüdünü ala bilmədiyinə görə Milli Məclisin önündə etiraz etmək qərarına gəldiyini deyib:

“Bu medallarla borclu olduğum adamların qabağından qaçıb gizlənirəm”.

Polislər Babək Mürsəlovu Milli Məclisin qəbul şöbəsinə aparıblar, orada deputat Vahid Əhmədovla telefon danışığı olub. Deputat qaziyə ƏƏSMN-ə bu məsələ ilə bağlı müraciət etdiyini deyib. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, qazi əyani müayinə edilib, diaqnozun nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.

Editor

Related Posts