Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İnanclıların məhkəmələri yekunlaşır, daha bir inanclıya hökm oxunub

İnanclıların məhkəmələri yekunlaşır, daha bir inanclıya hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə şərlənib həbs edilən dindar İlkin Süleymanovun məhkəməsi yekunlaşıb.

Birinci24.com-un verdiyi xəbərə görə, 6 dekabr tarixində keçirilən son prosesdə İlkin Süleymanova hökm oxunub. O, 3 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, İlkin Süleymanov Fazil Mustafa şousu ilə bağlı saxlanılmışdı. Lakin əmisi şou baş verdiyi tarix kimi göstərilən vaxtda İlkinin çayxanada çay içdiyini sübut edən videonu Meydan TV-ə təqdim edəndən sonra DTX İlkin Süleymanov haqqındakı silahlı hücum və cəsusluq maddələrini ləvğ etdi.

Meydan TV-nin reportajından sonra əslində şərlədiklərinə görə, şərəf və ləyaqətin toxunulmazlığı hüququnu əsas gətirib İlkin Süleymanova kompensasiya ödəməli olan hökumət onu ikinci dəfə narkotiklə şərləyib tutdu.

İlkin məhkəmə prosesində tutulmasının əsl səbəbini Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi ilə əlaqələndirərək demişdi:

“Mənim Kərbəlada, ziyarət zamanı çəkdirdiyim şəkillərimi paylaşıb, terrorist kimi təqdim edib, İranla bağlayanlar, başqa çirkab atanlar bilsin ki, mən şiəyəm nə qədər imkanım olsa yenə də əziz imamlarımızı ziyarət edəcəm. Bu cinayət deyil. Bu yolda tutulmaq şərəfdir.”

Editor

Related Posts