Today Cümə, 18th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar

Azərbaycan gimnastları İngiltərənin paytaxtı Londonda keçirilən “Winter Stars” beynəlxalq turnirində 7 medal qazanıblar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, “Ocaq Sport” klubunun üzvləri bədii gimnastika üzrə yarışda 6 qızıl, 1 gümüş mükafata yiyələniblər.

Nilay Quliyeva, Alsu Abdullayeva və Röya Alıkişiyeva topla, Evelin Yoşpa halqa ilə Maya Kozaçuk isə həm halqa, həm də gürzlərlə hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Röya Alıkişiyeva gürzlərə hərəkətdə isə gümüş medal əldə edib.

admin

Related Posts