Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ-nin İraqdakı hərbi bazası atəşə tutulub

ABŞ-nin İraqdakı hərbi bazası atəşə tutulub

ABŞ-nin İraqın qərbində yerləşən Ənbar vilayətindəki “Ayn əl-Əsəd” hərbi bazası raket hücumuna məruz qalıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki,bu barədə “Shafaq News” İraq təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bazaya bu gün səhər tezdən hücum edilib. Zərbə nəticəsində dağıntı və itki olmayıb. Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Xatırladaq ki, noyabrın 30-da İraqın “İslami Müqavimət” hərəkatının bölmələri teleqram kanallarında rəsmi bəyanat yayıb. ABŞ-yə Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq edilib.

admin

Related Posts