Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şoyqu: “Rusiyanın strateji nüvə qüvvələrinin müasirlik səviyyəsi 95 faizə çatdırılıb”

Şoyqu: “Rusiyanın strateji nüvə qüvvələrinin müasirlik səviyyəsi 95 faizə çatdırılıb”

“Rusiyanın strateji nüvə qüvvələrinin müasirlik səviyyəsi 95 faizə çatdırılıb, onların yüksək döyüş hazırlığı var”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu bu ölkənin müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin iştirakı ilə Müdafiə Nazirliyinin Kollegiyasının genişləndirilmiş iclasında bildirib.

“Hərbi təhdidlərin xarakterinin dəyişməsi və yeni hərbi-siyasi risklərin yaranması kontekstində dünyada qüvvələr tarazlığını, strateji qüvvələr balansını təmin edən nüvə triadasının rolu xeyli artıb”, – o bildirib.

Onun sözlərinə görə, bu il dövlət silahlanma proqramının ardıcıl icrası və müdafiə müəssisələrinin səmərəli fəaliyyəti sayəsində bütövlükdə strateji nüvə qüvvələrinin müasir silah və texnika ilə təminatı səviyyəsi 95 faizə çatdırılıb.

S.Şoyqu həmçinin qeyd edib ki, Rusiya 2024-cü ildə Ukraynada qarşısına qoyduğu məqsədlərə tam nail olana qədər addımlarını davam etdirəcək.

admin

Related Posts