Hindistan Ermənistana ZRK-nin tədarükünə başlayacaq

Hindistan Ermənistana ZRK-nin tədarükünə başlayacaq

Hindistan yaxın bir neçə ay ərzində Ermənistana özünün “Akaş” zenit-raket komplekslərini tədarük etməyə başlamaq niyyətindədir.

Birinci24.com xəbər verir ki, bu barədə ANI agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Ermənistan bu kompleksləri Hindistandan 600 milyon dollara alıb.

Qeyd edək ki, “Akash” “Bharat Dynamics Limited” (BDL) tərəfindən istehsal edilən qısa mənzilli mobil raket sistemidir.

Editor

Related Posts