“İlin geosiyasi qalibi Rusiya Prezidenti Vladimir Putindir”.
Birinci24.com xəbər verir ki, bu fikri “The Wall Street Journal” (WSJ) qəzetinin jurnalisti Cerald Beyker köşə yazısında bildirib.
“Vladimir Putini ilin geosiyasi qalibi elan etmək üçün bunu demək kifayətdir: onun mövqeyi bir il əvvələ nisbətən ölçüyəgəlməz dərəcədə güclü görünür. Kiyevin mədh edilən əks-hücumları dayandı, Putinin iqtisadiyyatı Qərb sanksiyalarına tab gətirdi, Avropanın qətiyyəti zəiflədi, Amerikanın dəstəyi azaldı”, – deyə jurnalist qəzetdə dərc etdiyi məqalədə qeyd edib.
Beykerin sözlərinə görə ilin iş adamı isə amerikalı sahibkar İlon Mask olub.
“Onun “X” təşəbbüsü bəlkə də ona sərvət bahasına başa gələ bilər, ancaq onun əsas biznesi fəaliyyətini davam etdirir”, – köşədə deyilir.
Qeyd edək ki, dekabrın əvvəlində Amerikanın “Time” jurnalı da Putini “İlin adamı” adına namizəd göstərmişdi. Sonuncu dəfə isə Rusiya Prezidenti bu ada 2007-ci ildə layiq görülmüşdü.