Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ümumdünya Şahmat Olimpiadasında dördüncü tura yekun vurulub

16 yaşadək Ümumdünya Şahmat Olimpiadasında dördüncü turun oyunlarına yekun vurulub.

Dördüncü turda “Azərbaycan-Naxçıvan” komandası Şri-Lanka komandası ilə üz-üzə gəlib. Komandamızın təcrübəli şahmatçısı Hüseyn Seyid Jenit Virantunqa üzərində parlaq qələbə qazanıb. Rəcəb Abdullabəyli isə Kiqts Kiriella ilə “sülh”ə razılaşıb. Keçirilən digər iki oyunda Nazlı Hümbətova Muhammed Nazar Nabilə, Zərifə Abbasova isə Lasandi Minetamaya məğlub olub. Komandamız bu görüşdə ağ-qara taxtanı 1,5:2,5 hesablı məğlubiyyətlə tərk edib. Turnir cədvəlinin lideri “Azərbaycan-1” komandası “Türkiyə-Red” komandası ilə oyunda xal itirib – 1:3. Meksika komandası ilə qarşılaşan “Azərbaycan-Sumqayıt” komandası da məğlubiyyətlə üzləşib – 0,5:3,5. “Azərbaycan-2” komandası isə bu turda güclü İran komandasının müqavimətini qıra bilməyib – 1,5:2,5. “Azərbaycan-3” komandası isə Honkonq yığması ilə görüşdə çətinliklə üzləşib və sonda qalib gələ bilməyib – 1,5:2,5. Moldova yığması ilə görüşdə “Azərbaycan-4” komandası çətinlik çəkməyib və 3:1 hesablı qələbəyə sevinib. Bu turun maraqla gözlənilən oyununda Qazaxıstan və “Türkiyə-Anatolia” komandaları qarşılaşıb. Gərgin keçən görüşdə qazaxlar 3:1 hesabı ilə qalib gəliblər. “Özbəkistan-1” – “Gürcüstan-1” komandalarının oyununda isə özbəklər 3:1 hesablı qələbə qazanıblar. Hindistan yığması ötən turdan fərqli olaraq bu turda qələbəyə sevinib. Onlar “Özbəkistan-2” komandasından üstün olublar – 3,5:0,5

4-cü turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

Qırğızıstan – Kuba – 1,5:2,5

Malaziya – “Türkiyə-White” – 0,5:3,5

Monqolustan – Kanada – 3,5:0,5

Panama – Banqladeş – 0,5:3,5

Latviya – “CAR-3” – 3:1

“CAR-2” – İngiltərə – 1,5:2,5

“CAR-1” – Livan – 3:1

“Gürcüstan-2” – Misir – 2,5:1,5

Hazırda turnir cədvəlinə “Türkiyə-Red” və Qazaxıstan komandaları 8 xalla başçılıq edirlər. “Azərbaycan-Naxçıvan” komandası isə 3 xalla 25-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, oktyabrın 10-da yekun vurulacaq olimpiadada keçirilən oyunlar, gündəlik olaraq Naxçıvan Şahmat Federasiyasının müəllimi, beynəlxalq usta Toğrul Həsənzadə və Qadınlardan ibarət Azərbaycan komandasının baş məşqçisi Fikrət Sideyifzadə tərəfindən məktəblilərə və şahmat sevərlərə təhlil edilir.

admin

Related Posts