Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasimləri keçirilib

Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasimləri keçirilib

Bir sıra müsəlman ölkələri Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasimlərinin şahidi olub. Rəbiul-əvvəl ayının 12-ni əksər müsəlman ölkələri mövlud mərasimi keçirir. Bu mövlud mərasimi bəzən bir neçə gün davam edir.

Son iki gün Yəmənin paytaxtı Səna şəhəri də daxil olmaqla ölkənin əksər əyalətləri Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasiminin şahidi olub.

Yüz minlərlə insan Səna şəhərində Səbin meydanına çıxaraq aləmlərə rəhmət olan, bəşərin ən fəzilətlisi Məhəmməd Peyğəmbərə (s) mövlud keçiriblər.

Yəmənin Səda, əl-Hudeyda, Zimar, Dale, əl-Mihvit, Həcca, Rima, əl-Couf, Təiz, əl-Bəyda, Şəbva, İbb, Mərib, əl-Əmran və sair əyalətləri izdihamlı mövlud mərasimlərinə şahidlik edib.

İraqın şimalında Kürdüstan Regional Hökumətinin inzibati mərkəzi Ərbil, Suriya paytaxtı Dəməşq, Livan, Əlcəzair, Fələstində də Məhəmməd Peyğəmbərin (s) şəninə mövlud mərasimləri keçirilib.

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s. mövludu rəbiul-əvvəl ayının 12-i və ya 17-ə təsadüf edir. Bu iki günün təsadüf etdiyi həfəyə vəhdət və birlik həftəsi də deyilir. Məhəmməd Peyğəmbər (s) birləşdirici və vəhdət yaradan mübarək varlıq olduğundan müsəlman aləmi belə bir günləri xüsusi şəkildə qeyd etməyi özünə borc bilir.

https://www.youtube.com/watch?v=Ca8jid2bbJA&feature=emb_logo
https://www.youtube.com/watch?v=2m9PDETisfg&feature=emb_title

Editor

Related Posts