Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Putin “dəli adam” roluna girib, məqsədi…” – Kiyev niyə bombalandı?

“Putin “dəli adam” roluna girib, məqsədi…” – Kiyev niyə bombalandı?

“Putin rejimi eskalasiyanı mümkün olduğu qədər artırmaqla dünyanı qorxudub siyasi nəticə əldə etmək istəyir. Məqsəd Ukrayna və ya Qərblə masaya oturaraq, Moskvanın tələblərinin ən azı bir qisminin yerinə yetirilməsi şərti ilə müharibənin dayandırılmasıdır”. Aktual.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib. O qeyd edib ki, indiki mərhələdə Putinin nəticə ala biləcəyi yeganə üsul “dəli adam” roluna girmək və “məni çox sıxmayın, dünyanı yaxaram, nüvə də ataram” mesajını verməkdir:

“Belə olanda Qərbdə bir çox çevrəni təsir altına alıb, onları “no war” çağırışı ilə hərəkətə keçməyə vadar etmək mümkün olur. Qərbdəki bu çevrələr isə səmimi olaraq müharibə istəməyənlər; ideoloji səbəblərdən Putin Rusiyası ilə yaxın olan, yaxud ona yaxınlıq hiss edən antisistem dairələri; siyasi, akademik, biznes, media çevrələrində Rusiyanın satın aldığı adamlar və ona simpatiya bəsləyən “faydalı idiotlar”; Rusiya agentura şəbəkəsidir. Gərginlik apogeyə çatanda, eləcə də Rusiya nüvə təhdidi ilə çıxış edib, bu çevrələrə pas atanda onlar “dərhal danışıqlara başlamaq lazımdır, yoxsa Üçüncü dünya müharibəsi baş verəcək” straşilkası ilə ortaya çıxıb, bu yöndə ictimai rəy yaradır və müəyyən qədər haqlı da görünürlər”.

Ekspertin sözlərinə görə, Krım körpüsü kimi mühüm siyasi simvola çevrilmiş nəhəng konstruksiyanın və Rusiyanın Ukraynanın cənubundakı işğal qruplaşmasının strateji logistikasının vurulması birbaşa Putinin xarizmasının cızılması və onun bütün dünyanın gözü önündə alçaldılması deməkdir:

“Ona görə də Putin buna bütün dünyanın görəcəyi və danışacağı bir cavab vermək istədi. Digər tərəfdən, ciddi cavab tədbirləri tələb edən propaqandistlərin iştahına uyğun “yemək” təqdim etmək, onları razı salmaq, onlara müzakirə mövzusu vermək ehtiyacı da var. Putin rejimi özünün yaratdığı bu “frankenşteyn”in əsirinə çevrilib. Solovyovlar, skabeyevalar, simonyanlar və digərləri artıq dövlət siyasətinə ciddi təsir edəcək gücə çatıblar. Lakin raket terrorunun Rusiya üçün yalnız təbliğati effekti olacaq. Bu tip cinayətkar əməllər Ukrayna xalqının və ordusunun mübarizə əzmini daha da artıracaq, eyni zamanda müttəfiqlərin bu ölkəyə daha ciddi silah sistemləri göndərməsinə səbəb olacaq”.

Editor

Related Posts