Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Abbas İsmayılovun əmri ilə Vüsal Novruzov Sahibkarlığın İnkişafı Fondu PHŞ-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vüsal Novruzov uzun müddət bank sektorunda rəhbər vəzifələrdə, o cümlədən 10 ildən artıq “Azərbaycan Türk Bank” ASC-nin Naxçıvan filialının müdiri vəzifəsində çalışıb. Həmçinin, özəl sektorda Biznesin İnkişafı üzrə direktor müavini və Naxçıvan Dövlət Universitetində Maliyyə şöbəsinin müdiri vəzifələrində işləyib.

Editor

Related Posts