Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hərbi hissənin yanacaq xidmətinə rəhbərlik etmiş polkovnik həbs olundu

Hərbi hissənin yanacaq xidmətinə rəhbərlik etmiş polkovnik həbs olundu

Rüstəm Məmmədli külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birinin yanacaq xidmətinin sabiq rəisi Rüstəm Məmmədli həbs olunub. Ehtiyatda olan polkovnik-leytenant Rüstəm Məmmədli külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin Meydan TV-yə verdiyi məlumata görə, Rüstəm Məmmədliyə Cinayət Məcəlləsinin 32.3, 179.3.2 (külli miqdarda mənimsəmədə iştirakçılıq), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.

Hərbi Prokurorluğun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə Rüstəm Məmmədli barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

“Hazırda istintaq davam edir və qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, – Firad Əliyev bildirib.

Rüstəm Məmmədlinin ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Editor

Related Posts