Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər” – Fidan

“Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər” – Fidan

“Təəssüf ki, üç ildir ki, Avropanın mərkəzində Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Bu münaqişə nüvə müharibəsinə çevrilmək riskini daşıyır”.

Birinci24.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sloveniyada deyib.

Fidanın sözlərinə görə, Türkiyə tezliklə atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara başlanmasının tərəfdarıdır:

“Hazırda Ukrayna münaqişəsinin yaratdığı bütün riskləri proqnozlaşdırmaq çətindir. Bu müharibəni bitirmək tələbindən daha humanist bir şey yoxdur. Bunun üçün danışıqlara başlamaq lazımdır. Müharibə nəticəsində bölgəmizin daha da məhv edilməsinin qarşısını almaq üçün də danışıqlar lazımdır”.

Editor

Related Posts