Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda mülki müdafiə alayının şəxsi heyəti gecə həyəcan siqnalı ilə qaldırılıb

Naxçıvanda mülki müdafiə alayının şəxsi heyəti gecə həyəcan siqnalı ilə qaldırılıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının şəxsi heyətinin iştirakı “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda gecə təlimi keçirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı xilasedicilər tərəfindən obyektlərdə baş verən “yanğınlar” söndürülüb, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılıb. Yüksək mərtəbəli binalarda müxtəlif üsullarla “xilasetmə” işlərinin icra edilib və zərərçəkənlərə “ilk tibbi yardım” göstərilib və təxliyyəsi həyata keçirilib.

2 obyektdə ümumilikdə 7 tədris nöqtəsində, 7 xüsusi təyinatlı texnikanın, işıqlandırma generatorlarının, su nasoslarının və 56 nəfər şəxsi heyətin iştirakı ilə uğurla icra edilən təlimdən sonra əldə edilən nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Editor

Related Posts