Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur

Naxçıvanda ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet istiqamətlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində bir sıra işlər həyata keçirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Dövlət Proqramının “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Dövlət Energetika Xidməti tərəfindən 110/35/10 kilovoltluq “Çeşməbasar” və “Sədərək” yarımstansiyalarının layihələndirilərək yenidən qurulması işləri aparılır.

Həmçinin, 35/10 kilovoltluq “Sədərək”, “Nəzərabad” və “Əbrəqunus” yarımstansiyalarının da yenidən qurulması istiqamətində işlər davam edir.

Bu məqsədlə dövlət satınalması vasitəsilə alınmış 6 ədəd 6300 kilovat gücündə, 35/10 kilovoltluq güc transformatorlarından artıq 4 ədədi muxtar respublikaya gətirilib.

Həmçinin bu yarımstansiyaların layihələndirilməsi məqsədilə açıq tender müsabiqəsinin qalibi olan “İmpuls Group” MMC ilə müqavilə bağlanılıb.

Bundan əlavə bu yarımstansiyaların tikiləcəyi torpaq sahələri də müəyyənləşib, yarımstansiyaların torpaqlarında torpoqrafiya işləri yekunlaşdırılıb, mühəndis geoloji işləri görülüb və nümunələr Bakı şəhərinə laboratoriyaya göndərilib.

Ümumilikdə ötən əsrin sonlarından istismar olunan, 10000-dən artıq abonentlərin elektrik enerjisi ilə təminatını həyata keçirən elektrik yarımstansiyaları yenidən qurulur.

Bu layihələrin icrası imkan verəcək ki, elektrik enerjisinin uzaq məsafələrə, eyni zamanda yaşayış məntəqələrinə çatdırılması, paylanması və elektrik enerjisi təchizatında səmərəliliyi, abonentlərin elektrik enerjisi ilə təminatında dayanıqlılığı və keyfiyyəti artsın.

Editor

Related Posts