Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azad edilmiş ərazilərdə daha 330 mina, 450 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 330 mina, 450 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.09.2024 – 29.09.2024) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 113 piyada əleyhinə mina, 217 tank əleyhinə mina, 450 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 128,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Editor

Related Posts