Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazirlik 7 günlük kitab sərgisi üçün “Paşa Holdinq”ə bağlı şirkətə 220 min ödəyəcək

Nazirlik 7 günlük kitab sərgisi üçün “Paşa Holdinq”ə bağlı şirkətə 220 min ödəyəcək

Mədəniyyət Nazirliyinin tabeliyinidə fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “Pasha Property Management” MMC (VÖEN-1405688721) ilə satınalma müqaviləsi imzalayıb.

Birinci24.com xəbər verir ki, Mədəniyyət Nazirliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə, “Pasha Property Management” MMC Beynəlxalq Kitab Sərgisinin keçirilməsi üçün Bakı EXPO Mərkəzinin 1-ci zalını (4000 kv. metr) Mədəniyyət Nazirliyinə icarəyə verəcək və qarşılığnda 220 min 380 manat 34 qəpik alacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin satınalma müqaviləsi imzaladığı “Pasha Property Management” MMC ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə bağlıdır və daşınmaz əmlakın idarə olunması ilə məşğuldur.

Onu da qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 2-dən 8-dək davam edəcək.

Editor

Related Posts