Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezident Horovlu kəndində evlərin və obyektlərin tikintisi ilə tanış oldu – Yenilənib + Fotolar

Prezident Horovlu kəndində evlərin və obyektlərin tikintisi ilə tanış oldu – Yenilənib + Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Birinci24.com xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verib.

Bildirildi ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.

Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.

Diqqətə çatdırıldı ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə hazır evlərə baxıb.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

***12:40 
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Birinci24.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Editor

Related Posts