Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sırxavənd kəndində 4 kütləvi məzarlıq aşkarlanıb

Sırxavənd kəndində 4 kütləvi məzarlıq aşkarlanıb

Ağdərə rayonunun Sırxavənd kəndində 4 kütləvi və iki fərdi məzarlıq aşkarlanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun üzvü Zaur İsmayılov jurnalistlərə belə deyib.

İşçi Qqrupun üzvü Birinci Qarabağ müharibəsi dövründə Ağdərədə gedən döyüşlər zamanı çox sayda azərbaycanlı hərbçinin həlak olduğunu, amma onların nəşinin  oradan çıxarmağın mümkün olmadığını, həmin şəxslərin Dövlət Komissiyasında itkin kimi qeydiyyata alındığını deyib.

Onun söylədiyinə görə, şahidlər ifadələrində burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük maşını vurulduğunu bildiriblər. 

“Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi maşının qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşkarlanıb”, – Z.İsmayılov deyib.

Ötən ay Ağdərə rayonunun Sırxavənd kəndində 1990-cı illərdə itkin düşmüş 15-ə yaxın şəxsə aid qalıqlar tapılıb. 

Azərbaycan Birinci və İkinci Qarabağ müharibəsində təxminən 4 min nəfərin itkin düşdüyünü bildirir.

Editor

Related Posts