Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Livanda 1 milyondan çox uşaq təhsil almaq imkanından məhrum olub – BMT

Livanda 1 milyondan çox uşaq təhsil almaq imkanından məhrum olub – BMT

Livanda bir milyondan çox uşaq ölkədəki döyüşlərlə əlaqədar təhsil almaq imkanın dan məhrum olub.

Birinci24.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun icraçı direktorunun müavini Ted Çayban deyib.

“1,2 milyon uşaq təhsil almaq imkanından məhrumdur. Dövlət məktəblərinə ya çatmaq mümkün deyil, ya da müharibə nəticəsində zədələnib və ya sığınacaq kimi istifadə olunur”, – BMT rəsmisi bildirib.

Çaybanın fikrincə, belə şəraitdə ölkə “itirilmiş nəsil” riski ilə üzləşə bilər. O, əlavə edib ki, Livanda 400 mindən çox uşaq son üç həftə ərzində evlərini tərk etmək məcburiyyətində qalıb, onların çoxu izdihamlı müvəqqəti sığınacaqlardadır.

Agentliyin bildirdiyinə görə, bir neçə özəl məktəb hələ də fəaliyyət göstərsə də, Livanda dövlət məktəb sistemi döyüşlərdən ağır zərbə alıb. Bu, təkcə livanlı uşaqların deyil, həm də ölkənin ən həssas əhalisi olan fələstinli və suriyalı qaçqınların uşaqlarının təhsilinə mənfi təsir göstərir.

Editor

Related Posts