Qusarda insanları qorxuya salan radikal ekstremist İŞİD-in üzvü Alxas Şıxmətovun dəhşətli hərəkətləri kənddə böyük təşviş yaradıb.
Əvvəllər məhkum edilmiş 30 yaşlı şəxs silahla kənd ərazisində dolaşıb insanlara hədə-qorxu gəlib, alnında isə İŞİD bayrağı gəzdirərək açıq-aşkar radikal çağırışlar edib. Onun davranışları kənd camaatını ciddi şəkildə qorxuya salıb və təhlükə yaradıb.
Çoxsaylı şikayətlər əsasında polis əməliyyat keçirib, lakin Şıxmətov silahla müqavimət göstərərək insident yaradıb.
Təhlükəli radikalçı sonda hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə zərərsizləşdirilib. Bəzi mənbələr onun öldürüldüyü deyilir.