Moskvada Rusiyanın kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri öldürülüb

Moskvada Rusiyanın kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri öldürülüb

Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri general-leytenant İqor Kirillov və onun köməkçisi Moskvada, Ryazanski prospektindəki binanın girişində partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

Rusiya İstintaq Komitəsi xəbəri təsdiqləyib.

Bir gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (UTX) general Kirillovu Ukraynanın şərq və cənub cəbhələrində qadağan olunmuş kimyəvi silahlardan kütləvi istifadədə günahlandırıb. Ukrayna əks-kəşfiyyatçıları iddia edirlər ki, müharibənin əvvəlindən Kirillovun göstərişilə kimyəvi döyüş sursatlarının istifadə edildiyi 4,8 mindən çox hadisəsi qeydə alınıb.

Kirillov arxa cəbhədə öldürülən ən yüksək rütbəli Rusiya hərbçisidir. 

UTX-dəki mənbələrin BBC-nin Ukrayna xidmətinə verdiyi məlumata görə, Kirillov bu qurumun xüsusi əməliyyatı nəticəsində öldürülüb.

“Kirillov hərbi cinayətkar və tam qanuni hədəf idi, çünki Ukrayna qoşunlarına qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etmək əmrini vermişdi. Ukraynalıları öldürən hər kəsi belə şərəfsiz son gözləyir. Müharibə cinayətlərinə görə cəzadan qaçmaq mümkün deyil” – UTX-dəki mənbə BBC-yə belə deyib.

Editor

Related Posts