Atəşkəsin elanından sonra Qəzzada 70-dən çox insan ölüb – KİV

Atəşkəsin elanından sonra Qəzzada 70-dən çox insan ölüb – KİV

Atəşkəs razılaşmasının elan olunmasından sonra İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında 70-dən çox fələstinli həlak olub.

Birinci24.com xəbər verir ki, bu barədə Qəzzanın Mülki Müdafiə İdarəsinə istinadla Fələstinin “Al-Aqsa” telekanalı məlumat yayıb.

“Sazişin elan edilməsindən sonra sionist işğalçı qüvvələr 61-i şəhərdə olmaqla 71 nəfəri öldürüb”, – deyə Qəzzanın mülki müdafiə sözçüsü Mahmud Basal bildirib.

Qeyd edək ki, bir gün əvvəl İsrail və HƏMAS hərəkatının Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə 42 günlük atəşkəs haqqında razılığa gəldiyi bildirilib.

Xatırladaq ki, bu, münaqişə zamanı ikinci atəşkəsdir: birinci atəşkəs 2023-cü ilin noyabrında bağlanıb və cəmi altı gün davam edib.

Editor

Related Posts