Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Kəbədə 500 min nəfərlə rekord göstərici

Kəbədə 500 min nəfərlə rekord göstərici

Səudiyyə Ərəbistanındakı Harameyn İşləri Nazirliyi 7 mart tarixində 500 min nəfərlə tarixin ən yüksək günlük ümrə ziyarətçisi sayısına çatıldığını açıqlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Məscid-i Haram və Məscid-i Nəbəvi (Harameyn) İşləri sosial media platforması X üzərindən verdiyi açıqlamada “7 mart tarixində 500 min nəfərlə tarixin ən yüksək günlük ümrə ziyarətçisi sayı qeydə alındı” ifadəsini istifadə edib.

Səudiyyə Ərəbistanının rəsmi xəbərlər agentliyi SPA-nın məlumatına görə, Məscid-i Haram girişlərində müasir texnologiyalı yüksək dəqiqlikli sensorlardan istifadə edilərək ümrə ziyarətçi sayı anlıq olaraq izlənməyə başlanıb.

Rəsmi şəxslər bu yeni texnologiyanın həcc və ümrə ziyarətlərindəki izdiham idarəçiliyini “optimizə etməyi”, giriş-çıxış axınını izləyərək daha effektiv yönləndirmə təmin etməyi hədəflədiklərini bildirib.

Bundan əlavə, inkişaf etmiş ağıllı kameralar sayəsində giriş nöqtələrindəki hərəkətlilik anlıq olaraq izlənilir. Beləliklə, sıxlıq yaşanan bölgələr tez bir şəkildə müəyyən edilərək daha effektiv bir idarəetmə həyata keçirilir.

Harameyn İşləri nazirliyi, sözügedən sistemin ilkin olaraq əsas girişlərdə istifadə edildiyini, gələcəkdə Məscid-i Haramın ümumi sahəsində genişləndiriləcəyini açıqlayıb.

Editor

Related Posts