Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

“Baykar” və “Leonardo” Avropa üçün PUA istehsal edəcək

“Baykar” və “Leonardo” Avropa üçün PUA istehsal edəcək

“Baykar” (Türkiyə) və “Leonardo” (İtaliya) şirkətləri Avropa üçün türk pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.

Birinci24 informasiya agentliyi  xəbər verir ki, bu barədə “Defence News” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, sövdələşmə Türkiyənin aparıcı PUA istehsalçısına yaxın on il ərzində həcmi 100 milyard avro dəyərində qiymətləndirilən Avropa dron bazarına daxil olmağa imkan verəcək.

“Baykar” və “Leonardo” arasındakı razılaşma Türkiyə və İtaliyada PUA-ların yığılması üçün “Leonardo” elektronikası və radarları ilə yanaşı, “Baykar” platformalarından istifadə edəcək ortaq müəssisənin yaradılmasını nəzərdə tutur.

Müştərək müəssisənin yaradılması “Baykar” və “Leonardo” üçün Avropada PUA-ların sertifikatlaşdırılmasını asanlaşdıracaq.

“Avropada pilotsuz texnologiyalar sahəsində boşluq var və bu, belə çətin vaxtlarda təhlükəsizlik üçün əsasdır”, – “Leonardo” şirkətinin baş direktoru Roberto Çinqolani deyib.

Onun sözlərinə görə, İtaliya şirkətinin istehsal etdiyi ilk prototip “Baykar”ın “Akıncı” pilotsuz təyyarəsinin bir ildən sonra hazır olacaq versiyası olacaq.

“Baykar”ın ortaq sahibi və texniki direktoru Selçuk Bayraktar isə əlavə edib ki, onun şirkəti tərəfindən istehsal olunan “Kızılelma” PUA-sı “Global Combat Air Programme” (GCAP) proqramı çərçivəsində inkişaf etdirilən anqlo-italyan-yapon altıncı nəsil döyüş təyyarəsi üçün əsas namizəd ola bilər.

“Onun yükü 1,5 tondur, bu o deməkdir ki, o, döyüş təyyarəsi ilə eyni yükdə sursat daşıya bilir”, – Bayraktar bildirib.

Editor

Related Posts